Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda 3 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Məmmədov saxlanılıb.

Araşdırma aparılır.