Bakıda yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 100-ə yaxın ağacın aşması və budaqlarının sınması hadisəsi qeydə alınıb.

Bunu Unikal.org-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

İndiyədək birliyə ağac aşması nəticəsində 3 maşına yüngül zərər dəyməsi barədə məlumat daxil olub.

Birliyin heyəti hazırda gücləndirilmiş iş rejimində çalışır və aşan ağacların ərazilərdən götürülməsi üçün iş aparır.