Rusiyanın Uzaq Şərq ərazisində iki “Su-34” qırıcı təyyarəsi toqquşub.

Unikal.org  xəbər verir ki, hadisə yanvarın 18-də səhər saatlarında dəniz sahilinə yaxın ərazidə baş verib. Təyyarələrdən birinin pilotu katapult edib. Amma onun sağ qalıb-qalmadığı məlum deyil. Digər təyyarənin pilotunun taleyindən xəbər yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.