19 Avqust 2019
Bakıda "Təbrik" şadlıq sarayında ofisiant müştərini bıçaqladı
Bakıda "Təbrik" şadlıq sarayındaofisiant müştərini bıçaqladı KRİMİNAL 11:26 2019-01-18

Bakıda restoranda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən "Təbrik" şadlıq sarayında baş verib.

Şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü Seyidzadə Elşən Coşqun oğlu 1981-ci il təvəllüdlü Muradov Rəcəb Baba oğlu ilə mübahisə edib.Mübahisə nəticəsində E.Seyidzadə R.Muradovu bıçaqlayıb.Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.