İngiltərənin Liverpul şəhərində yaşayan 29 yaşlı Lois Eşton keçmiş sevgilisi tərəfindən vəhşicəsinə döyülüb.

Unikal.org xəbər verir ki, Luis Eyşton bir müddət öncə ayrıldığı sevgilisi ilə çəkilmiş fotolarını sosial şəbəkədəki hesablarından silib və özünün tək şəkillərini paylaşıb.

 Buna əsəbləşən MakNair ayrıldığı sevgilisi Eyştonu ölümcül döyüb. Şiddətə məruz qalan Eyştonun üç dişi və  çənəsi qırılıb.

Hadisə ilə bağlı məhkəmədə ifadə verən Eyşton sevgilisini  əvvələr çox mülayim olduğunu sonradan dəyişib kobudlaşdığını deyib. MakNairin bu kobudluqları, şiddəti onların ayrılmasına səbəb olub.

Eyştonu vəhşicəsinə döyən sevgilisi 36 ay müddətinə azadlıqdan məhrum edilib.