Goranboyda canavarlar 8 heyvanı parçalayıb. 

Unikal.org "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Eyvazlılar kəndi ərazisində baş verib. 

Belə ki, yırtıcılar kəndə hücum edərək yerli sakin Elman Adıgözəlova məxsus xırdabuynuzlu heyvanları parçalayıb. Onlardan 6-sı tələf olub, 2-si ağır yaralanıb.