2017-ci ildə futbolçulara ən çox məvacib ödəyən klubların adları bəlli olub.

Unikal.org “goal.com”a istinadən xəbər verir ki, oyunçularına ən çox ödəmə edən klub “Real”dır. Madrid təmsilçisi 2017-ci ildə oyunçularına ümumilikdə 406 milyon avro məvacib ödəyib:

1. Real - 406 milyon avro

2. Barselona - 378 milyon

3. Mançester Siti - 334 milyon

4. Mançester Yunayted - 306 milyon

5. Bavariya - 276 milyon

6. PSJ - 272 milyon

7. Yuventus - 264 milyon

8. Çelsi - 256 milyon

9. Liverpul - 244 milyon

10. Arsenal - 234 milyon