Türkiyənin nüfuzlu TV8 kanalı Qərbi Kaspi Universitetində çəkilişlər aparıb.

Unikal.org xəbər verir ki, telekanal əməkdaşları rektor, professor Andris Leitas və Biznes Məktəbinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Könül Hilalla müsahibələr edib, ayrı-ayrı laboratoriya və mərkəzlərdən çəkilişlər aparıb.

Yaxın günlərdə yayımlanacaq geniş sujetdə universitet barədə ətraflı məlumatlar təqdim ediləcək, həyata keçirilən layihələr, tədbirlərdən danışılacaq, onun uğurlarından və nəzərdə tutulan layihələrdən bəhs olunacaq.