Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinə "KİA Sportage" markalı avtomobillər verilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, ilkin olaraq 24 ədəd "KİA Sportage" markalı maşın DYP əməkdaşlarının ixtiyarına veriləcək. Yeni avtomobillərin qiyməti təxminən 22 min dollardır. Maşınların dövlət qeydiyyat nişanları təsdiqləndikdən və müvafiq sənədləşmə işlərindən sonra istismara veriləcək.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Rüfət Quliyev Unikal.org-a DYP əməkdaşları üçün 24 ədəd "KİA Sportage" markalı maşının alındığını  təsdiqləyib.

Qeyd edək ki, bu ilin əvvəlindən Yol Patrul Xidməti üçün “Mersedes” markalı 118 avtomobil alınıb. Onlardan 75-i “Mersedes”in C-300, 4-ü E-450, 39-u isə E-350 modelidir.

Famil Fərhadoğlu