Neftçala rayonunda üç uşaq anası itkin düşüb. 

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb. 

Belə ki, Nuranə Səmədova yanvarın 10-da gecə saat dörd radələrində atasına zəng edərək xəstələndiyini bildirib. Atası Elxan Hüseynov qızını evə gətirib. 

Həmin gün Nuranə evdən çıxıb və bir daha geri qayıtmayıb. Valideynləri yaxınları, qohumları ilə əlaqə saxlasa da, ancaq övladlarından xəbər ala bilməyiblər. Bundan sonra polisə məlumat verilib. Artıq 8 gündür Nuranə Səmədova axtarışdadır. 

Valideynlərinin dediyinə görə, ailədə heç vaxt mübahisələri yaranmayıb. Hansı səbəbdən də qızın getdiyi bilinmir.