ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyaya növbəti dəfə hava zərbələri endirib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Deyr əz-Zor şəhəri hədəf alınıb.

Bombarduman zamanı 20 dinc sakin ölüb.

Yayılan məlumata görə, Baquz-Tahtani kəndinə aviazərbələrin endirilməsi nəticəsində ölənlərin arasında qadın və uşaqlar da var.