Rusiyanın Perm şəhərində ofis mərkəzində güclü yanğın baş verib. 

Unikal.org xəbər verir ki, yanğın zamanı 14 nəfər xəstəxanaya göndərilib. Yanğına səbəb qısaqapanma olub.

Məlumatına görə, binada kafe, mağaza, şirkətlərin ofisləri və stomatoloji klinika yerləşir.

Şahidlərin sözlərinə görə, binada yerləşən rəqs məktəbinin 3 əməkdaşı yanğınsöndürənləri gözləməyərək, özlərini pəncərədən atıblar.