ABŞ-ın Arizona ştatında yerləşən "Amazon" şirkətinin qadınlar üçün nəzərdə tutulan ayaqyolusunda körpə cəsədi tapılıb.

Unikal.org bildirir ki, artıq baş verən hadisə ilə əlaqədar olaraq polis istintaqa başlayıb. Olayla əlaqədar olaraq şirkət rəsmi məlumat yayaraq baş verənlərə görə üzr istəyib: "Bu hadisə olduqca faciəli və üzücüdür".

Qeyd edək ki, "Amazon" "Micrоsoft" kimi bir sıra böyük şirkətləri hərrac nəticələrinə görə geridə qoymaqla bu ilin yanvarında ən böyük şirkət seçilib. Hazırda ən bahalı şirkət olan "Amazon"un qurucusu Ceff Bezos isə dünyanın ən varlı şəxsi hesab edilir.