Binəqədi rayonu azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu gün səhər Binəqədi rayonu,3123-cü məhəllə, Binəqədi şossesi 202.(Metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında) Miqrasiya Xidmətinin qarşında şəhər istiqamətində hərəkət edən iki “Mercedes” markalı avtomobil  toqquşub. Nəticədə xəsarət alan olmasada 90 GS 903 nömrəli avtomobillə ciddi ziyan dəyib.

Hadisə nəticəsində Sumqayıt, Novxanı, Binəqədi qəsəbəsindən  gələn avtomobillərin hərəkətində problem yaranıb. Yolda hazırda tıxac var.