ABŞ prezidenti Donald Tramp Beynəlxalq universitetlər arası futbo çempionatının birincisi Amerikan futbolu klubu “Clemson Tigers”ın üzvlərini Ağ Evdə qəbul edib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, klub üzvləri üçün Ağ Edə təşkil edilən qonaqlıqda Tramp yemək ziyafəti verib. 

Qonaqlıqdan öncə Tramp jurnalistlərlə söhbətləşib, idmançılar üçün hazırlanan azuqələri nümayiç etdirib. Trampın dəvətindn çox təşkil olunan ziyafətdə təqdim olunacaq yemək və içməklər müzakirə edilib. Ağ Evin aşbazları ödənişsiz izində olduğu üçün Tramp cibindən pul ödəyərək kənardan yeməklər sifariş verib. Yemək olaraq pizza, hamburger, salat, kartof qızartması və xardal sosu sifariş verilib. Eyi zamanda ətrafa düzülmüş şamlar da xüsusi diqqət çəkib. 
"Amerikalı olduğu üçün xoşuma gəlir. Hamısı Amerikan məhsuludur. 

Hökümətimiz bağlı olduğu üçün sizə təqdim edəcəyimiz heç nə yox idi, lakin seçimim vardı. Və sizin hamınızın salat sevməcəyinizi düşündüm. Aranızda yemək yeməyi sevən olduqca iri cüssəli şəxslər var. Nəysə, düşünürəm ki əylənəcəyik". 

“Fast food” tipli yeməklərin Trampın ən çox bəyəndiyi qidalar olduğu deyilir.