Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacı İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Unikal.org-un məlumatına görə, sərəncamla Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Hacı Məcid oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan xalq artistinin yanvarın 22-də 75 yaşı tamam olur.