İngiltərə millisinin sabiq futbolçusu Qlen Conson karyerasını başa vurub.

Unikal.org xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçinin özü “Talksport”a bildirib. 

O, ötən mövsümün sonunda vətənində “Stok Siti”dən ayrılandan bəri azad agent statusu daşıyırdı.

Qeyd edək ki, Qlen Conson karyerası ərzində İngiltərənin “Vest Hem”, “Milluoll”, “Çelsi”, “Portsmut” və “Liverpul” klublarının da formasını geyinib.