Prezident İlham Əliyev Meksika prezidenti  Andres Manuel Lopes Obradora başsağlığı məktubu ünvanlayıb.

Unikal.org  xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,

İdalqo ştatında boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.