ABŞ-ın Kaliforniya ştatının Kalabasas şəhərində meşə yanğınları səbəbindən 5 minə yaxın insan təxliyə olunub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bazar günü yerli hakimiyyət orqanları nümayəndələri məlumat yayıb.
Onların məlumatlarına görə, yanğın yük maşınının şəhər yolunda elektrik dirəyinə çırpılmasından sonra baş verib. Quru və isti iqlim səbəbindən alov ani olaraq yaxınlıqdakı meşə zolağına yayılıb.
Hakimiyyət ehtiyat məqsədi ilə yaxınlıqdakı evlərin sakinlərini təxliyə edib. Yanğınla mübarizəyə təqribən 200 yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğın nəticəsində üç evə ziyan dəyib.