Heyvanlara qarşı hələ də qəddarcasına üsullardan istifadə edirlər. Dünyada heyvanların qorunması ilə bağlı qanunlar olmasına baxmayaraq onların əziyyətlə öldürülməsi davam edir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, fotoqraf Aytor Qarmendia Meksikaya bir neçə aylıq səfəri zamanı bu vəhşiliklərin şahidi olub. Fotoqraf  at, inək, donuz və toyuqların vəhşicəsinə öldürüldüyü kəsimxanalarda olub və baş verənləri aparatının yaddaşına köçürüb.