Atomik Kitten musiqi qrupunün üzvü kimi məşhurlaşdıqdan sonra karyerasını solo şəkildə davam etdirən Kerry Katona yenidən mətbuatın gündəminə düşüb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qalmaqallı münasibətlərindən sonra depressiyaya düşüb çox yeyərək kilo alan Kerry yenidən arıqlamağa başlayıb. 

O sürətli şəkiləd arıqlayara tamam ilə fərqli və cazibədar şəkil alıb. 

Keçmiş sevgilisi George Kaydan ayrıldığı vaxt kökəlməyə başlayan Kerry mətbuata açıqlama verib: 

“Özümə güvənim yox idi. İstədiyim şeyləri yeyib, içirdim. Mən də gombul və çirkin ola bilirəm, heç kim məni sevməyəcək deyə düşünürdüm”. 

Kerry Katona arıqlamaq üçün xüsusi iynələrdən istifadə edərək sürətli şəkildə arıqlamağa başlayıb. Daha sonra idmana başlayaraq 36 bədən ölçüsünə gəlib. 38 yaşındakı Kerry Katona, indi hər kəsə ilham olub, insanları sağlam bəslənmə və idmana təşviq etmək üçün Instagram'da paylaşım edir.

Bildirilir ki, 4 uşaq anası Karry Katina 6 həftədə 12 kq çəki salıb.