Qax rayonunda sauna yanıb.

Unikal.org xəbər verir ki, yanğın axşam saatlarında rayonun Qum kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Fərid İbrahim oğlu Həşimova məxsus, ümumi sahəsi 130 kv.metrlik saunanın 25 kv.metr tavan hissəsi yanıb.

Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Qax rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Saunanın ətrafında olan tikililər yanğından mühafizə olunub. Yanğının saunada olan odun sobasından baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.(report)