Şamaxıda bu gün baş verən yeraltı təkandan sonra təşvişə düşən bir qrup bina sakini küçələrə axışıb.

Unikal.org xəbər verir ki, yerli sakinlər qafqazinfo-ya bildiriblər ki, rayonun icra başçısı Tahir Məmmədov sakinlərlə söhbətləşib və mümkün qədər gecəni binada keçirməməyi tövsiyə edib. 

Şamaxı rayon fövqəladə hallar komissiyasının sədr müavini  Rüstəm Əliyev isə açıqlamasında bildirib ki, zəlzələdən sonra hər hansı dağıntı, uçma halı ilə bağlı siqnal daxil olmayıb.