Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə zamanı 4 avtomobil toqquşub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. 

Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırmalara başlanılıb.