Ağcabədi rayonunda 58 yaşlı kişi itkin düşüb.

Unikal.org Report-a istinadən xəbər ki, hadisə yanvarın 25-də rayonun Boyat kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Bəhram Qurban oğlu Qurbanlı yaşadığı ünvandan çıxaraq Bakı şəhəri istiqamətinə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Ağcabədi rayon Polis şöbəsinə müraciət edilib, araşdırmalar aparılır.