Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentdən sonra hər iki tərəfin nümayəndələri bir araya gəliblər. 
Unikal.org-un məlumatına görə, bu barədə Moskvada yaşayan Azərbaycanlı jurnalist Fuad Abbasov məlumat verib. Görüşdə hər iki tərəfin nümayəndələri Moskvada toplaşan azərbaycanlı və çeçenlər iki millət arasında ədavətin olmadığını deyərək baş vermiş hadisəni təxribat adlandırıblar. 

Qeyd edək ki, bir neçə gün öncə Moskvanın Peçatniki rayonunda Azərbaycan və Çeçenlərdən ibarət 100-ə yaxın insanın iştirakı ilə kütləvi dava baş verib. Münaqişə “Neolit” restoranında başlayıb. Restorana daxil olan bir qrup şəxs bütün müştəriləri küçəyə çıxmağa məcbur edib.