Fransanın paytaxtı Parisdə "sarı jiletlər" hərəkatının aksiyası zamanı 26 nəfər saxlanılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl 23 nəfərin saxlanıldığı bildirilirdi.

Ötən gün ərzində etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında bir neçə dəfə qarşıdurma baş verib. Polis əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etmək mcburiyyətində qalıb.

Hazırda "sarı jiletlər" hərəkatının üzvləri bir neçə küçə vasitəsi ilə Yelisey çöllərinə daxil olmağa çalışırlar, lakin polis əməkdaşları hər dəfə bunu qarşısını alır.

Son məlumatlara əsasən, Fransada etiraz aksiyalarında 41,5 min insan iştirak edir.