Karateçilərimiz Dubayda mövsümün ikinci Premyer Liqa turnirində mübarizəni davam etdirirlər.

Azərbaycan Milli Karate Federasiyasından Unikal.org-a verilən məlumata görə, 19 idmançımızın mübarizə apardığı turnirdə Rafael Ağayev (75 kq) üçüncü yer uğrunda görüşdə fransalı Loqan da Kostanı məğlub edərək (3:0) bürünc medala sahib olub. 

Təmsilçimiz İrina Zaretska (68 kq) isə bütün qarşılaşmalarda qələbə qazanaraq finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə misirli Feryal Abdelazez ilə üz-üzə gələcək.