Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, binanın şaxtasından keçən kommunikasiya xətləri 6 p.m yanıb. 

Yanğın zamanı 15 nəfər (o cümlədən 7 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib, liftdə qalan 2 nəfər xilas edilib. 

Kommunikasiya xətlərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.