Cəlilabadda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb və yanmağa başlayıb. Hadisə yerinə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvələri cəlb edilib və yanğın söndürülüb.

İlkin məlumata görə, qəza zamanı 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.