Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin apreldə yenidən görüş keçirəcəklər.

Unikal.org-un məlumatına görə, bunu Rusiya prezidentinin müşaviri Yuri Uşakov deyib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan aprel ayında Moskvaya səfər etməyi planlaşdırır. Uşakov deyib ki, Ərdoğanın Moskvaya səfəri aprelin ilk hissəsində gözlənilir.

Bu görüş 2019-cu ilin əvvəlindən prezidentlər arasında keçirilən sayca 3-cü görüş olacaq.