Müəllimlərin kütləvi aksiyası başlayıb

Unikal.org xəbər verir ki, İraqın müxtəlif şəhərlərdə müəllimlər Həmkarlar İttifaqlarının çağırışı ilə iki günlük tətilə çıxıblar.

Məlumata görə, müəllimlər yeni maarif islahatının təlim-tədris prosesində geriləmə yaratdığını əsas gətirərək nümayiş keçiriblər.

Belə ki, müəllimlər digər hökumət rəsmilərinə verilən hüquqlardan - müvəqqəti evlə təmin edilməsindən məhrum qalıblar.

Eyni zamanda, müəllimlər normal şərtlər daxilində yaxşı məktəb binasında çalışmaq istədiklərini bildiriblər.