Mindən çox qoyun İspaniyanın Ueska şəhərinə hücum edib.
Unikal.org ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə xilasetmə xidmətinə yerli sakinlərdən biri xəbər verib. Şəhər sakini bildirib ki, qoyunlar bütün şəhəri tutublar.
Nəhayət, polis çətinliklə də olsa bütün qoyunları şəhərdən çıxararaq çobana təhvil verməyə müyəssər olub. Qoyunların şəhərdən çıxarılması 3 saat çəkib.
Məlum olub ki, qoyunlar Pireney dağlarındakı otlaqlardan çoban yuxuda olan zaman qaçıblar.