Estoniyada keçirilən kitab sərgisində Ermənistanın həyata keçirmək istədiyi növbəti təxribatın qarşısı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən alınıb.

Unikal.org xəbər verir ki, səfirlikdən verilən məlumata görə, Estoniyanın Milli Kitabxanasında keçirilən kitab sərgisində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən yalanla dolu kitablar və xəritələr səfirliyimizin, eyni zamanda, Estoniyadakı Azərbaycan diasporunun nümayəndələrinin səyləri nəticəsində müsadirə edilib. Ermənistanı təmsil edən nümayəndələr bu əməllərinə görə üzrxahlıq ediblər. 

Həmin sərgidə Azərbaycan və türk müəlliflərinin qondarma “erməni soyqırımı”nı ifşa edən kitabları da nümayiş etdirilir.