Onun həyatını narkotik məhv etdi.

Unikal.org  axsam.az-a istinadən 15 yaşında film gözəli seçilən, gələcəyi olmasına rəğmən, narkotiklə həyatı sönən Mələk Ayberkin həyat hekayəsini təqdim edir:

Mələk 1974-cü ildə “Saklambaç” qəzeti tərəfindən keçirilən “Film gözəli yarışması”nda birinci olub.

Film üçün yeni bir sima kimi dəyərləndirilən, ard-arda çəkildiyi filmlərlə özünə “Yeşilçam”da yer edən aktrisa Cüneyt Arkın, Kadir İnanır, Serdar Gökhan, Aytaç Arman kimi aktyorlarla baş rollarda oynayıb.

1994-cü ildə 35 yaşında olarkən, çıxa bilmədiyi narkotik bataqlığı onu ölümə apardı.

Sadiq ögey atası, şəfqətsiz və sevgisiz bir ailə, onunla maraqlanmayan anası və narkoman ər onu erkən yaşlardan həyata atılmağa məcbur etmişdi.

Altı yaşında olarkən atası və anası ayrılmışdı. Daha sonra anası başqası ilə evləndi. Ögey atası sadist idi, onu tez-tez döyürdü.



“Əlindəki böyük üzüklə sifətimə vurur, qulaqlarımdan tutub havaya qaldırırdı. Anam bəzən müdaxilə edib, “Qızımın günahı nədir?”, - deyə sual verərdi. Bir gün məni parka apardı. Bir küncdə əyləşdirdi.
Sən demə, narkotik satırmış. Polislər bizi şöbəyə apardılar. Dedilər ki, barmaq boyda uşağı özünlə çirkin işlərə bulaşdırmağa utanmırsan? Sonra atamı tutdular, məni isə sərbəst buraxdılar”, - deyə Mələk müsahibələrində qeyd edib.

Yaxşı şagird olmasına rəğmən, işləməli olduğundan məktəbdən ayrılmaq məcburiyyətində qalır.
Təbii ki, ögey atasının zülmü bitməmişdi. Mələyi zorla evləndirmişdi. Əri narkotik istifadəçisi, qayınanası isə qadınları fahişəliyə cəlb edən biri idi. Onlardan pislik görməsə də, həyatın çətinliyinə dayana bilmədi və anasının yanına qayıtdı, ondan sonra isə boşandı.

Anasının yanına qayıdandan sonra gecələr gəzməyə çıxır, dostları ilə diskotekalarda qalırdı. Öz sonunu isə dostunun təklif etdiyi narkotikdən sonra hazırladı.

25 filmdə oynayan aktrisa həmkarı Müjde Ara məşhurlaşmaqda yol açdığını bildirib.

“Müjde Ar mənim yerimə “Aşkı memnu”ya çəkilmişdi. Buna səbəb isə mənim ekran işində öpüşmə səhnəsini rədd etməyim idi”, - deyə Mələk söyləyib.

Tez-tez istifadə etdiyi narkotik ondan əl çəkmədi, klinikada müalicə almasına rəğmən, qurtula bilmədi.

Qaraciyəri böyüyən Ayberk xəstəxanadan çıxandan sonra özünə söz versə də, yenidən narkotikdən istifadəyə başladı.

Narkotik satmağa başlayan, daha sonra buna görə həbs olunan Mələk 35 yaşında həyata vida etdi.

Sevgi görmədiyi ailəsi, yanlış addımları və həvəslənib bəhsə girdiyi dostlarına görə bədbəxt həyat yaşadı və gənc ikən dünyadan köçdü.