"Avro- 2016"nın bəzi oyunları azarkeşsiz keçirilə bilər.
Unikal.org ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə "Avro- 2016"nın Təşkilat Komitəsinin başçısı Jasqus Lambert açıqlama verib. Lambert verdiyi açıqlamada bütün ehtimalları dəyərləndirdiklərini bildirib. Bunun içində oyunların azarkeşsiz keçirilməsi kimi bir vəziyyət də var. Açıqlamanın detallarında Fransada keçiriləcək "Avro- 2016"nın hansı oyunların risk daşıdığı, hangi oyunların azarkeşsiz oynanacağı haqqında hər hansi bir məlumat verilməyib. Lakin onu bildiriblər ki, hər bir qarşılaşma üçün təhlükəsizlik ən üst səviyyədə təşkil ediləcək.
Digər bir tərəfdən Almaniyanın sadəcə milli komandanın futbolçularıını qoruya bilməsi üçün 800 min avro büdcə ayırdığı məlum olub.
Almaniya milli komandasının müdafiəçisi Jerome Boatenq məsələ ilə bağlı verdiyi açıqlamada "Ailəmdən birinin stadionda oturub matçları izləməsini istəmirəm" deyərək Avropa Futbol Çempionatının oyunlarındakı təhlükəsizliklə bağlı narahatlığını dilə gətirib.