“Barselona” ciddi itkiylə üzləşib.

Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Luis Suares zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ayaq biləyində ağrılar olan uruqvaylı forvardın 15 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

La Liqada bu mövsüm 27 qarşılaşmada iştirak edən Suares, 18 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.