80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat seçilmiş Çingiz Qənizadə seçiciləri ilə növbəti dəfə görüşüb.

Unikal.org xəbər verir ki, bu dəfə millət vəkili Beyləqan rayonun İmamverdilər kəndində seçiciləri ilə bir araya gəlib.

Görüşdə çıxış edən millət vəkili Ç.Qənizadə seçicilərə Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət haqqında, ölkəmizdə həyata keçirilmiş islahatlar və xüsusi ilə də vətandaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsində ölkə başçısının imzaladığı fərman və sərəncamlar barədə geniş məlumat verib.

Millət vəkili sonda seçicilərlə təkbətək görüşərək onları narahat edən problemləri dinləyib, həmçinin ərizə və müraciətləri qəbul edib və hər bir müraciətə baxılacağını seçicilərinin diqqətinə çatdırıb.