Artıq sərnişinlər kassaların üzərindəki monitorlar vasitəsilə bilet satışı davam edən reyslər barədə dəqiq məlumatla tanış ola biləcəklər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Unikal.org-a verilən məlumata görə, artıq sərnişinlər növbədə durmayacaqlar.

Belə ki, monitorun ekranda istiqamət, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və hazırda neçə boş yer olması kimi məlumatlar əks olunub. Sərnişinlər həm vaxtına qənaət edəcək, həm də lazım olan bütün məlumatları monitor vasitəsilə əldə etmiş olacaq.