Xəzər dənizində 3 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 15:36:25-də qeydə alınıb.

Ocağı 60 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.