Göyçay rayonunda minik avtomobilləri toqquşub.

Unikal.org xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 193 kilometrliyində, yolun Göyçayın Qaraməryəm kəndindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Zərbənin təsirindən avtomobillərə ciddi zərər dəyib. 

Qeyd edək ki, sürücülərdən biri Göyçayın Qarayazı kəndinin sakinidir. Ötən gün onun toy mərasimi olub.

Faktla bağlı araşdırma aparılır. (report)