Daxili İşlər naziri Ramil Usubov yeni rəis müavini təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun  əmri ilə, polis mayoru  Abdullayev  Əbülfət Ulduz oğlu İsmayıllı rayon Polis şöbəsinin rəis müavini təyin edilib.

Xəbəri İsmayıllı rayon Polis şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Famil Fərhadoğlu