"Sumqayıt"ın futbolçusu Əfran İsmayılov Türkiyənin paytaxtı Ankarada əməliyyat olunub.

Unikal.org-un klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Acıbadem" klinikasında Türkiyənin məşhur həkimi Mehmet Binnet tərəfindən aparılan əməliyyat uğurlu keçib.

İlkin məlumata əsasən, 31 yaşlı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Ə.İsmaylov Premyer Liqanın XXI turunda "Sabah"la səfərdə baş tutan matçda sağ ayağında problem yarandığı üçün əvəzlənib.