26 May 2019
25 May 2019
“Dərman mafiyası”nın üzvləri azadlığa buraxıldılar - YENILƏNİB
“Dərman mafiyası”nın üzvləri azadlığa buraxıldılar -YENILƏNİB KRİMİNAL 18:31 2019-03-19

Məhkəmə kollegiyasının hökmü ilə bütün təqsirləndirilən şəxslərə şərti cəza verilib. Həbsdə olan şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

13:54

XXX

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, müavini Fərman Məmmədli və digər şəxslərin məhkəməsi keçirilib. 

Unikal.org-un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, dövlət ittihamçısı çıxış edərək Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general Fikrət Qədiməliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında qandallanmasını istəyib.

Ev dustaqlığında olan Elnur Məmmədova şərti cəza verilməsini, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi müavini Fərman Məmmədlinin 5 il 6 ay, Vasif Xıdırov, Cəmil Mehtiyevi və Atəş Atanurun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini, həbsdə olan Əlamət Quliyev və Anar Məmmədova şərti cəza təyin edilməsini və məhkəmə zalından azadlığa buraxılmalarını istəyib.