Azərbaycan əhalisinin və çoxsaylı turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 24 bankın 152 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Unikal.org bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Bayram günləri ərzində ölkəmizə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün Maliyyə Bazarlarına Nəzarət Palatası paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib.

5 bankın Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Quba, Bərdə, Naxçıvan və digər şəhərlərdə yerləşən 46 filial və şöbəsi müştərilərə xidmət göstərəcək.

Bakıda yerləşən 8 bankın 13 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, bayram günlərində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər:

Koordinator:

Azər Quluyev

Tel: 493-50-58 (dax:357);

Mob: +994 70 908 62 21

Mail: [email protected]