Ağdaş rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org-un məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən “Türyançay” MMC-yə məxsus fermada qeydə alınıb. Orada işləyən, 1994-cü il təvəllüdlü Həşimov Tural Şavəddin oğlu peyin axıdılması üçün nəzərdə tutulan boruları birləşdirən lyuka düşərək boğulub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.