Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefadan sonra Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalacağını bəyan edib.

Unikal.org-un məlumatına görə, bu barədə prezident respublika kanalları vasitəsilə xalqa müraciətində bildirib.

N.Nazarbayev əlavə edib ki, o, həm də “Nur Otan” partiyasının sədri vəzifəsini davam etdirəcək və Konstitusiya Şurasının üzvü postunda qalacaq: "Yəni sizinlə qalıram".

Qeyd edək ki, Nursultan Nazarbayev bu gün xalqa telemüraciətində prezident vəzifəsindən istefa verdiyini açıqlayıb.