Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçıların maraqlarına uyğun olaraq onların mart ayı üzrə pensiyalarının qrafikdən əvvəl, Novruz bayramına qədər ödənişini tam təmin edib. Bu istiqamətdə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən maliyyələşdirmə işləri artıq yekunlaşıb.

Bu barədə Unikal.org-a ƏƏSMN-dən bildirilib.
 
Verilən məlumata görə, eyni zamanda, dövlət başçısının humanist təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq mart ayının 1-dən 160 manata çatdırılıb. Bu artım 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan vətəndaşı) əhatə edir ki, həmin insanların da pensiyalarının məbləği yeni artımla birgə onların hesablarına köçürülüb.