Bakıda yataqxana yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 16 m² olan 1 otaqlı mənzilin eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub və yanğın söndürülüb.