Müğənni Roza Zərgərli tədbirlərin birində obyektivimiz qarşısına keçərək, açıqlamalar verib. 

Unikal.org xəbər verir ki, sənətçi rəqqasə Fatimə Fətəliyeva ilə bağlı gözlənilməz sözlər deyib. "Müğənni qızı almarıq" deyənlərə cavab verən Roza bildirib ki, bu, fikirlərlə razı deyil:

"Mən də elə sənətçi ailəsi var ki, onlardan qız alıb, qız vermərəm. Nadirin (müğənni Nadir Qafarzadə - red.) oğlu ilə mənim qızım eyni sinifdə oxuyublar. Oğlum kimi seçsəydi, alardım. Çox istəyərdim oğlum Fatimənin qızını alsın. Könül Kərimovanın oğlu çox mədənidir. Nadirin oğlunu görsəniz... Ata "atdanıb-düşən", oğul ciddi. 

Fatimənin qızı necə tərbiyəlidir, anasının geyiminə kimi idarə edir. Fatimə ilk dəfədir bunu eşidir, şok olacaq. Elə ağır qızı haradan tapmaq olar? Bu cür ifadələr işlətməsinlər".

Qeyd edək ki, Fatimənin qızı Aydan bir müddət əvvəl nişanlanıb.

Xatırladaq ki, şou-biznesdə əməmkdar artistlər Elnarə Abdullayeva, Könül Kərimova, müğənni Nadir Qafarzadə müğənni qızı oğluna almayacağını deyib.